mobil versiya

Bakıda polis bölməsində intihara cəhd - Xəstəxanaya yerləşdirildi




Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

REPORTYOR.AZ APA-ya xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb.

T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.


KARUSEL
Tarix: 11-05-2022, 12:00