mobil versiya

Rövşən Əsgərov axtarışa verildi




Azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada axtarışa verilib. 

BAKU.WS-in TASS informasiya agentliyinə istinadla məlumatına görə, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb.

"4 may 1972-ci il təvəllüdlü Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - deyə məlumat bazasında qeyd edilib.

Onun hansı maddə ilə axtarışa verildiyi dəqiqləşdirilməyib.

Xatırladaq ki, aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb. O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi təbliğ etməkdə ittiham olunur.


KARUSEL
Tarix: 11-05-2022, 12:15