mobil versiya

"WizzAir" Romadan Bakıya uçuşlara başlayacaq


Macarıstanın aşağıbüdcəli aviaşirkəti - "WizzAir" gələn il mayın 1-dən İtaliyanın paytaxtı Romadan Bakıya və əks istiqamətdə uçuşlara başlayacaq.
"Report" aviadaşıyıcıya istinadən xəbər verir ki, uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Artıq aviabiletlərin satışına başlanılıb.
Xatırladaq ki, "WizzAir" hazırda Macarıstanın paytaxtı Budapeştdən və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Bakıya aviareyslər yerinə yetirir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-12-2022, 17:34