mobil versiya

Co Bayden Yeni ili adada qarşılayacaq



ABŞ Prezidenti Co Bayden və ailəsi Yeni ili Karib dənizindəki Santa Kruz adasında (Virciniya adaları) qeyd edəcəklər.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Co Bayden yanvarın 2-də Vaşinqtona qayıdacaq.
Qeyd edək ki, dekabrın əvvəlində Ağ ev aparatının rəhbəri Ron Kleyn bildirmişdi ki, Bayden Yeni il bayramından sonra ikinci müddətə dövlət başçısı postuna namizədliyini irəli sürüb-sürməməsi ilə bağlı yekun qərarı verəcək.

KARUSEL / DÜNYA
Tarix: 27-12-2022, 09:21