mobil versiya

Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Bununla bağlı Azərbaycan XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edilib.
"Müstəqillik Günü münasibəti ilə Pakistan hökumətinə və qardaş xalqına ən xoş və səmimi arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizi, strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik", - deyə paylaşımda bildirilib.

KARUSEL / SİYASƏT
Tarix: 14-08-2023, 12:43