mobil versiya

Azərbaycan millisinin və “Neftçi”nin oyun təqvimi məlum olub



İspaniyanın Melilya şəhərində keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsində Azərbaycan millisinin və “Neftçi” klubunun oyun təqvimi açıqlanıb.
Azərbaycan Basketbol Federasiyasından bildiriblər ki, yığmamız C qrupunda İspaniya seçməsi və “Yuanda” (Çin) klubu ilə, “Neftçi” isə B qrupunda “Düsseldorf Zoos” (Almaniya) komandası və Portuqaliya millisi ilə qarşılaşacaq.
Millimiz ilk matçını avqustun 18-də, Bakı vaxtı ilə saat 20:20-də İspaniyaya, “Neftçi” isə həmin gün, Bakı vaxtı ilə saat 19:55-də Portuqaliyaya qarşı keçirəcək.
Qeyd edək ki, avqustun 18-19-da keçiriləcək qrup mərhələsində ilk iki yeri tutacaq komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

KARUSEL / İDMAN
Tarix: 15-08-2023, 12:36