mobil versiya

Noyabrda hərraclara 98 əmlak çıxarılacaq



İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçiriləcək hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil çıxarılacaq.
Dövlət Xidmətindən bildirilib ki, bu dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri və avtomobillər var.
Noyabrın 14-də təşkil olunacaq hərracda iştirakçılara 16 nəqliyyat vasitəsi təklif ediləcək. Avtomobillərin istehsal tarixi 1984-2008-ci illər arasında dəyişir.
Noyabrın 17-də keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi çıxarılacaq.
Noyabrın 21-də baş tutacaq hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq. Nəqliyyat vasitələrinin start qiyməti 375 manatla 16 min 200 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-10-2023, 17:59