mobil versiya

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin qarşısına şərt qoyub



Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Dövlət katibi Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

KARUSEL / SİYASƏT
Tarix: 28-11-2023, 11:34