mobil versiya

Bu ölkənin heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub



Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən Tunis Respublikasının Nabul vilayətində dabaq xəstəliyi qeydə alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinidən məlumat verilib.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Nabul vilayətində zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-12-2023, 15:35