mobil versiya

ABŞ-ın hərbi bazasında atışma: 2 nəfər ölüb - VİDEO



ABŞ Hərbi Dəniz Qüvvələrinin Pyörl-Harbordakı hərbi bazasında silahlı insident baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hərbi ərazisində yerləşən gəmiqayırma zavodunda silahlı atışma zamanı iki nəfər həyatını itirib, biri isə yaralanıb.

Hawaii Now News-a görə, "Biz təsdiq etmişik ki, iki nəfər ölüb, bir nəfər isə xəstəxandadır və səhhəti normaldır",-deyə ABŞ ordusunun Havay adalarndakı kontur-admiralı Robb Çedvik bildirib. 



KARUSEL / DÜNYA
Tarix: 5-12-2019, 09:37