mobil versiya

Bu layihəyə 200 min manat güzəştli kredit verilib



Daha bir MMC-yə güzəştli kredit verilib.
Bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Cooky Chefs" MMC-yə un məmulatlarının istehsalının inkişafı layihəsi üçün 200 min manat güzəştli kredit ayrılıb. Kiçik və orta biznesin fəaliyyətinin stimullaşdırılması onların iqtisadiyyatda rolunun möhkəmləndirilməsinə xidmət edir", - nazir qeyd edib.
Qeyd edək ki, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. İnvestisiya layihələrinin ümumi dəyəri 459,9 milyon manat olub, kreditləşmənin həcmi isə təqribən 33 faiz artıb.
Xatırladaq ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda sahibkarlar 145,9 milyon manat dəyərində güzəştli kredit əldə edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-01-2024, 13:26