mobil versiya

"Qaya"dan "Arşın mal alan" fantaziyası adlı konsert


"Qaya" Dövlət Ansamblı musiqisevərlərin görüşünə "Arşın mal alan" fantaziyası adlı konsertlə gələcək.
Yanvarın 26-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxaq Muğam Mərkəzində keçiriləcək solo konsertdə tamaşaçılar görkəmli bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından musiqi nömrələrini gənc heyətin ifasında yeni təqdimatda eşidə biləcəklər.
Kvartet sevilən xalq və bəstəkar mahnılarını öz interpretasiyalarında təqdim edəcək.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-01-2024, 14:31