mobil versiya

Xankəndidə silah-sursat tapılıb



Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

KARUSEL / ÖLKƏ
Tarix: 13-03-2024, 10:05