mobil versiya

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq



13 avqust saat 06:00-dan 16 avqust saat 19:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik  hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-08-2024, 15:00