Türkiyədə yeni zəlzələ ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Türkiyədə əhaliyə Mərmərə dənizində seysmik aktivliyin artması ilə əlaqədar baş verə biləcək yeni zəlzələ ilə bağlı xəbərdarlıqlıq olunub.
Reportyor.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Ölkə parlamentinin spikeri Numan Kurtulmuş vətəndaşları daha bir zəlzələyə hazır olmağa çağırıb.
“Gözlənilən İstanbul zəlzələsi istənilən an baş verə bilər. Millətimizin, eləcə də, bütün qurum və təşkilatlarımızın bu hadisəyə hazır olması, mümkün olan ən az itki ilə bu zəlzələnin öhdəsindən gəlməyimiz vacibdir".
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytında yer alan məlumatlara görə, yerli vaxtla saat 12:19-da baş vermiş 3,9 bal gücündə ilk zəlzələdən sonra şəhərdə daha 7 yeraltı təkan qeydə alınıb.
Zəlzələlərin ən kiçiyi İstanbulun Böyükçekmece rayonunun sahillərində 3,4 bal, ən şiddətlisi isə Mərmərə dənizinin İstanbulun Silivri rayonu suları ərazisində 6,2 bal gücündə olub.
Qeyd edək ki, şəhərdə saat 12:19-da baş verən 3,9 bal gücündəki ilk zəlzələdən sonra 6.2, 4.4, 5.9, 4.8, 4.5, 4.9 və 3.4 gücündə yeraltı təkanlar qeydə alınıb.
KARUSEL / DÜNYA
Tarix: 23-04-2025, 16:34