Bakı, Sumqayıt şəhərləri və Abşeron üzrə bu ayın pensiyaları bu gün ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Reportyor.az xəbər verir ki, bu barədə Fondun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
KARUSEL / SOSİAL
Tarix: 8-05-2025, 09:13