mobil versiya

Paytaxtın bu ərazilərində qaz olmayacaq



Bu gün Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrində mövcud qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.

Reportyor.az xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan qəsəbələrin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-05-2025, 09:18