mobil versiya

Gürcüstanın Azərbaycandakı səfirliyində millət vəkilləri ilə görüş olub



Gürcüstanın Azərbaycandaki səfirliyində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları və analitik dairələrin nümayəndələri ilə işgüzar görüş keçirilib.

Bu barədə səfirlik sosial şəbəkədə paylaşım edib.

Gürcüstan səfiri və səfirliyin əməkdaşları dəvət olunmuş qonaqlarla birlikdə ikitərəfli dost və mehriban qonşuluq əlaqələrin dərinləşmə aspektlərini müzakirə edib.

İkitərəfli əlaqələrin möhkəmləndirilməsində Gürcüstan parlamentinin və Azərbaycan Respublikası Milli Məclisinin dostluq qruplarının iştirakının, əlaqələndirilməsinin və əməkdaşlığının vacibliyi vurğulanıb. 
Zurab Pataradze qanunverici orqanlar, eləcə də komitə və dostluq qruplarının sədrləri səviyyəsində səmərəli parlament tərəfdaşlığından danışdı; o, qonaqları son dövrlərdə Gürcüstan hökumətinin ölkənin inkişafının müxtəlif sahələrində əldə etdiyi nəticələrlə tanış etdi. Səfir, həmçinin ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və inkişafına mühüm töhfə verən ikitərəfli səfərlərin müsbət dinamikasını qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclisin Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Arzu Nağıyev iki ölkə arasında parlamentlərarası səviyyədə mövcud əməkdaşlığı yüksək qiymətləndirib. O, iki ölkə arasında yüksək səviyyəli strateji və mehriban qonşuluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və dərinləşəcəyinə əminliyini ifadə edib.

Reportyor.az





KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:01