mobil versiya

İsrail Dohada HƏMAS rəhbərliyinin beş üzvünün olduğu binaya zərbə endirib



İsrail Qətərin paytaxtı Dohada yerləşən və HƏMAS hərəkatının azı beş yüksək vəzifəli nümayəndəsinin olduğu binaya zərbə endirib.

KİV xəbər verir ki, zərbə zamanı HƏMAS hərəkatının Qəzza sektorundakı lideri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Heyya, hərəkatın xarici ofisinin rəhbəri Xalid Məşəl, siyasi bürosunun üzvü Nizar Abdullah və İordan çayının qərb sahilində radikal qrupun komandiri Zaher Cəbarin həlak olub.
Zərbə zamanı binada olan HƏMAS hərəkatının rəhbər şəxslərindən biri Qazi Hamadın aqibətindən isə bir xəbər yoxdur.
Qətərin Xarici İşlər Nazirliyi İsrailin hücumunu qəti şəkildə pisləyib.

Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: 9-09-2025, 18:27