Bu ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniya Respublikasının Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstan Respublikasının Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstan Respublikasının Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviya Dövlətinin Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliya Respublikasının Santarem dairəsində, İspaniya Krallığının Andalusiya muxtar icmasında, Norveç Krallığının Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə AQTA məlumat yayıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:15