Zaur İbrahimli: Azərbaycan QHT sektoru beynəlxalq əməkdaşlıq formatları yaradacaq qədər inkişaf edib

Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib.
Bunu Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli İdarə Heyətinin bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransında deyib.
Z.İbrahimli qeyd edib ki, ölkənin QHT sektoru artıq xarici siyasətin prioritet məsələlərində dövlət siyasətinin gücləndirilməsinə effektiv yardım göstərməklə, yeni keyfiyyət qazanıb:
"Bu onu göstərir ki, əsas məqsədlərdən birinə - QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Azərbaycan Milli QHT Forumunun beş nəfərlik İdarə Heyətinin iki üzvü son parlament seçkilərində həm də Milli Məclisin deputatı seçilib". (report)
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-05-2025, 15:54