mobil versiya

Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib



Yanvarın 8-də Naxçıvan şəhərində Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni tədbirdə çıxış edərək Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirib. Deyib ki, ötən dövrdə vətəndaş cəmiyyəti daha da möhkəmlənib, prosesə töhfə verib.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, QHT sektorunun daha səmərəli fəaliyyəti üçün aparılan köklü islahatlar əhəmiyyətli, müsbət dəyişikliklərə gətirib çıxarıb.
“Estafet” Gənclərin İctimai Birliyinin sədri Arzu Qasımov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan tarixində qızıl dövr açıb. Vətəndaş cəmiyyəti də ölkədə gedən proseslərdə fəal iştirak etməyə çalışır.
Qeyd edək ki, AMQF-nin regional forumları yanvarın 8-də başa çatacaq. Yanvarın 10-da Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.


KARUSEL / ÖLKƏ
Tarix: 8-01-2024, 16:07