mobil versiya

İran Azərbaycana 9 manatdan pivə satıb





Azərbaycana 2025-ci ilin ilk rübündə 12,47 min dkl alkoqolsuz pivə idxal olunub

Reportyor.az "Valyuta.az"a istinadla xəbər verir ki, sözügedən məhsulların ümumi idxal dəyəri 161,86 min ABŞ dolları təşkil edib.

Bildirilib ki, alkoqolsuz pivə əsasən Rusiya, İran İslam Respublikası, Türkiyə, Almaniya və Bolqarıstandan gətirilib.

Rusiya mənşəli 2,76 min dkl (1 dkl 10 litrə bərabər, maye ölçüsü) alkoqolsuz pivənin idxalı üçün 20,39 min ABŞ dolları ödənilib. Bu, hər dkl üçün 7,39 dollar və ya 12,56 manat deməkdir.
İran İslam Respublikasından 2,1 min dkl həcmində məhsul idxal olunub və bunun üçün 11,14 min ABŞ dolları xərclənib. Bu isə hər dkl üçün 5,30 dollar və ya 9,01 manat deməkdir.
Türkiyədən gətirilən 4,53 min dkl pivənin ümumi dəyəri 72,4 min ABŞ dolları təşkil edib. 1 dkl üçün orta qiymət 15,98 dollar və ya 27,17 manat olub.
Almaniyadan idxal edilən 0,75 min dkl alkoqolsuz pivə 14,32 min ABŞ dollarına başa gəlib. 1 dkl üçün qiymət 19,09 dollar və ya 32,45 manat təşkil edib.
Bolqarıstandan isə 2,33 min dkl həcmində məhsul gətirilib və onun ümumi idxal dəyəri 43,62 min ABŞ dolları olub. Burada 1 dkl üçün orta qiymət 18,72 dollar və ya 31,82 manat təşkil edib.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-06-2025, 13:47