Azərbaycana titan filizləri hansı ölkələrdən gətirilir?

Ötən il Azərbaycana xaricdən 62 ton titan filizləri və konsentratları gətirilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu miqdarda məhsulun idxal dəyəri 140 min ABŞ dolları olub.
Titan filizləri və konsentratlarının 27 tonu Ukraynadan idxal edilib ki, onun da idxalına çəkilən xərc 60 min ABŞ dollarıdır. Bir ton üçün orta qiymət 2 222 ABŞ dolları olub.
Türkiyədən idxal olunan 35 ton titan filizləri və konsentratlarına çəkilən xərc 80 min ABŞ dolları olub ki, bunun da, bir tonu üçün orta qiyməti 2 285 ABŞ dolları təşkil edib.
Hesablamalardan məlum olur ki, Türkiyədən alınan titan filizləri və konsentratlarının bir tonu üçün qiyməti Ukraynadan alınan eyni məhsuldan 63 ABŞ dolları bahadır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-03-2025, 18:12