mobil versiya

Nazir: Azərbaycanın ali təhsil sisteminin prioritet istiqamətlərindən biri də əcnəbi tələbələrin sayının artırılmasıdır




"Son illərdə Malayziyada təhsilini davam etdirən azərbaycanlı tələbələrin sayında müsbət dinamika müşahidə olunur. Hazırda təxminən 50 Azərbaycan vətəndaşı Malayziyada təhsil alır. İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq fonunda gələcəkdə bu sayın daha da artacağına ümid edirik".

Bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Malayziyanın Milli Günü ilə bağlı keçirilən rəsmi qəbulda deyib.

Nazir deyib ki, Azərbaycanın ali təhsil sisteminin prioritet istiqamətlərindən biri də əcnəbi tələbələrin sayının artırılmasıdır. Hazırda 5 Malayziya vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alır və onlardan ikisi Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı” çərçivəsində təhsilini davam etdirir".
Sözügedən proqram beş il ərzində hər il 100-ə qədər tələbəyə təqaüd verməklə əcnəbi tələbələrin Azərbaycanda ali təhsil almalarını təşviq edir. "Biz inanırıq ki, daha çox malayziyalı tələbə bu imkanlardan yararlanaraq Azərbaycan ali təhsil mühitində akademik biliklərə yiyələnəcək, Malayziyaya geri dönərək peşəkar və ixtisaslı kadr kimi ölkənin rifahına və əmək bazarına öz töhfəsini verəcəkdir".

Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:11