Səfir: Malayziya ASEAN çərçivəsində yalnız özü üçün deyil, regiondakı bütün ölkələr üçün inklüziv tərəqqi və ümumi rifahı təşviq etməkdə davam edir.

Malayziyanın Müstəqilliyinin 68-ci ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Səfir Əhməd Kamrizamil Mohd Riza çıxış edərək deyib ki, bu ilki Milli Gün və "Malayziya Günü" tədbirinin şüarı "Malayziya: Xalqa qayğı və dəstək" mövzusuna əsaslanır.
Bu mövzu birlik, şəfqət və ədalətin təcəssümü olub, eyni zamanda hökumətin inkişaf və inklüzivliyi qəbul etməklə xalqın rifahının inkişafın mərkəzinə qoyulmasına dair sadiqliyini əks etdirir.

Bu il Malayziya Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) fəxrlə sədrlik edir. Bu mühüm vəzifə regional əməkdaşlığa, sülhə və davamlı inkişafa olan öhdəliyin təcəssümüdür. Malayziyanın "İnklüzivlik və Dayanıqlılıq" şüarı altında ASEAN sədrliyi bütün üzv dövlətlər üçün vahid, davamlı və firavan ASEAN cəmiyyətinin formalaşdırılmasına sadiqliyini əks etdirir. Malayziya ASEAN çərçivəsində yalnız özü üçün deyil, regiondakı bütün ölkələr üçün inklüziv tərəqqi və ümumi rifahı təşviq etməkdə davam edir. Malayziya bu ilki sədrlik müddəti ərzində bir sıra önəmli nailiyyətlər əldə edib. Bu nailiyyətlərə xalq yönümlü, dayanıqlı və davamlı bir ASEAN naminə hazırlanan "ASEAN Birliyinin Gələcəyə Baxışı 2045" uzunmüddətli tol xəritəsinin təkmilləşdirilməsi də daxildir. Eyni zamanda Timor-Lestenin ASEAN-a qoşulmasını alqışladıq və regiondakı münaqişələrdə, o cümlədən, Tayland-Kamboca arasında sərhəd münaqişəsi və Myanmardakı böhranla bağlı davam edən səylər çərçivəsində vasitəçi rolunu üzərimizə götürdük.
Malayziya cəmi bir həftədən az müddətdə keçiriləcək 2025-ci ilin ən böyük ASEAN Zirvə Görüçünə ev sahibliyi etmək üçün hazırlıqlarını tamamlayır. Bu mötəbər tədbirdə dünyanın dörd bir yanından bir çox nüfuzlu liderlər iştirak edəcək.

Səfir Malayziya və Azərbaycan arasında ikitərəfli münasibətlərə toxunaraq əlaqələrin dərinləşdiyini qeyd edib. Xatırladıb ki, 1993-cü ildə diplomatik münasibətlər qurulduqdan bəri bir çox sahədə əməkdaşlıq inkişaf etdirilib. Bu ilin aprelində Malayziya XİN başçısının müavini Azərbaycana səfər edərək ikinci ikitərəfli məsləhətləşmələrə rəhbərlik edib.
Gələcəyə baxdıqda, ikinci ikitərəfli məsləhətləşmələr hər iki ölkəyə halal sənaye, İslam maliyyəsi, bərpa olunan enerji, neft-qaz və qida sektorlarında yeni əməkdaşlıq imkanları açıb. Məqsədimiz ticarət, investisiya və birlik mübadiləsini artırmaqdı.
Malayziya 2026-cı ilin mayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) və 2026-cı ilin iyinunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində yüksək səviyyədə iştirak etməyi səbirsizliklə gözləyir.
"Təhsil əməkdaşlığımız prioritet olaraq qalır. Akademik mükəmməlliyi ilə tanınan malayziya universitetləri daha çox azərbaycanlı tələbəni qəbul etməyə davam edir. Hazırda müxtəlif proqramlar çərçivəsində 23 azərbaycanlı tələbə Malayziya universitetlərində təhsil alır. Bu, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı sayəsində mümkün olub. Səfirlik bu ilin noyabrında sayca 4-cü Malayziya Təhsil Sərgisini təşkil edəcək".

2026-cı il artıq üçüncü dəfədir ki, "Malayziyaya Səyahət ili" elan olunub. “2026 - Malayziyaya Səyahət ili" təşəbbüsü turizmin inkişafı və dünya üzrə dost ölkələrlə mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün əla bir fürsətdir. Azərbaycanlıları Malayziyanın füsunkar təbiətini, qonaqpərvər insanlarını və rəngarəng mədəniyyətini kəşf etməyə dəvət edirəm. “2026 - Malayziyaya səyahət ili" çərçivəsində Malayziya hökuməti 32 milyon turistin ölkəni ziyarət etməsini hədəfləyir".
Son 40 il ərzində Azərbaycan Malayziya texniki əməkdaşlıq roqramının (MTCP) iştirakçısıdır. 2025-ci ilə qədər 275 azərbaycanlı mütəxəssis bu proqram çərçivəsində təşkil olunankurslar, eləcə də potensialın artırılması üzrə təlimlərdə iştirak edərək faydalı biliklər əldə edib. Təkcə bu il ərzində 7 azərbaycanlı dövlət qulluqçusü bu təlim proqramlarında iştirak edib.

Azərbaycan hökuməti adından Malayziya xalqını bayram münasibəti ilə təbrik edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev xatırladıb ki, Malayziya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, eləcə də İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının oxşar məzmunlu sənədlərini dəstəkləyən dövlətlərdən biridir.
Hər iki ölkə tərəfindən həyata keçirilmiş yüksək səviyyəli səfərlər əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayıb.
Azərbaycan və Malayziya arasında dostluq və əməkdaşlıq əlaqələri, həmçinin parlamentlərarası münasibətlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan–Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu iki ölkə arasında siyasi dialoqun güclənməsinə mühüm töhfə verməkdədir. Əməkdaşlığımız çərçivəsində 16–22 sentyabr 2025-ci il tarixlərində Kuala Lumpur şəhərində keçirilmiş ASEAN Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın iştirakı parlamentlərarası əlaqələrin inkişafına töhfə verib.

"Bu gün mövcud əlaqələrimiz bir sıra sahələri əhatə edir. 12 sentyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamə iki ölkə arasında siyasi dialoqun dərinləşməsini, eləcə də iqtisadiyyat, enerji, təhsil, mədəniyyət, gənclər və idman kimi sahələrdə əməkdaşlığın genişlənməsini nəzərdə tutur. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişafı naminə əməkdaşlıq üçün perspektivli sahələr müəyyənləşdirilir, iki ölkənin işgüzar dairələri arasında təmaslar qurulur, turizm sahəsində əlaqələr genişləndirilir, eləcə də Azərbaycanın xarici iqtisadi siyasətinin Malayziyada təbliği istiqamətində tədbirlər həyata keçirilir. Bu xüsusda, hazırda Azərbaycan Respublikasında kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahələrində 12 Malayziya investisiyalı kommersiya qurumu aktiv fəaliyyət göstərir. Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də turizm sahəsidir. Xüsusilə vurğulamaq istərdim ki, Malayziya tərəfindən Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə xidmət etmişdir. Bu əməkdaşlığın nəticəsi olaraq, 2025-ci ilin yanvar-sentyabr aylarında Malayziyadan Azərbaycana səfər edən vətəndaşların sayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz artım müşahidə olunub".

Mövcud əlaqələr elm və təhsil sahəsində də yüksələn xətlə inkişaf etməkdədir. Bu xüsusda, “Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamə iki ölkə arasında təhsil və elmi tədqiqat imkanlarının genişləndirilməsinə, eləcə də tələbə və alimlər arasında əlaqələrin təşviqinə zəmin yaradıb.







Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:58