mobil versiya

Səfir: “ASEAN, qlobal dünyada növbəti iqtisadi super güc kimi tanınır”




“İndiyə qədər ASEAN son 55 il ərzində güclü və çiçəklənən Cənub-Şərqi Asiya regionu qurmağa müvəffəq olub. ASEAN digər inkişaf etmiş ölkələrlə əlaqələr yarada və müxtəlif yollarla beynəlxalq aləmdə hesablaşmalı cəmiyyətlərdən birinə çevrilə bilər”.

Bunu İndoneziya və Malayziya Səfirliyinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 55-ci ildönümü münasibətilə birgə keçirilən tədbirində İndoneziyanın ölkəmizdəki səfiri  Hildi Hamid çıxışında deyib. 

Səfir  ASEAN-ın sosial, iqtisadi, siyasi və mədəni aspektlər baxımından əhəmiyyətli irəliləyişlər göstərdiyini vurğulayıb. Həmçinin on üzv dövlətdən - Bruney, Kamboca, İndoneziya, Laos PDR, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamdan ibarət olan ASEAN-nın Asiyada 3-cü, dünyada isə 5-ci ən böyük bazara çevrildiyini və ən inkişaf etmiş inteqrasiya olunmuş bazarlardan biri olduğunu bildirib. 667 milyon əhalisi olan ASEAN-ın geniş istehlak bazası var və bu, Çin və Hindistandan sonra qlobal miqyasda 3-cü yerdədir.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Yusof çıxışında bildirib ki, dostluq ruhuna əsaslanan və üzv dövlətlərin siyasi, iqtisadi və sosial müxtəlifliyini nəzərə alan “ASEAN Yolu” kimi tanınan konsepsiya ilə birləşən ASEAN, qlobal dünyada növbəti iqtisadi super güc kimi tanınır. O, həmçinin ümid edir ki, ASEAN ölkələri hər zaman bir-birini dəstəkləyəcək və iqtisadiyyatı daha da gücləndirmək, regional sülh və sabitliyi qorumaq məqsədilə birgə işləməklə təcrübə mübadiləsi aparacaqlar.

İndoneziya Respublikası və Malayziya, Bakıda Səfirlikləri olan yeganə ASEAN ölkələri, ASEAN icmasının Azərbaycanda təşviqini, Azərbaycan ilə ASEAN, eləcə də üzv ölkələrlə əməkdaşlığını gücləndirməyə çalışır.





SON XƏBƏR / SİYASƏT
Tarix: 8-08-2022, 17:44