İsrailin Livanın cənubundakı Ayn Qanaya endirdiyi hava hücumunda 1 nəfər ölüb

İsrailin bu gün Livanın cənubundakı İqlim Əl-Tuffah bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində bir nəfər ölüb.
Livanın Milli Xəbər Agentliyinin verdiyi məlumata görə, İsrail pilotsuz təyyarəsi bu səhər Ayn Qana qəsəbəsində motosikleti hədəfə alaraq idarə olunan raket zərbəsi endirib və motosiklet sürücüsü həlak olub.
Noyabrın 27-də Livanda İsrail qüvvələrinin 60 gün ərzində cənub sərhədindəki qəsəbə və kəndlərdən çıxarılmasını nəzərdə tutan atəşkəs razılaşması qüvvəyə minib. Livan hökuməti daha sonra müddəti fevralın 18-dək uzatmağa razılıq verib, lakin İsrail ordusu 5 nöqtədə yerləşib və pozuntularını davam etdirir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:46