mobil versiya

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib


“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib.

Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.

"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və medalın təsviri təsdiq edilib.
Dövlət başçısı müvafiqin Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, həmin Əsasnamənin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nəzərdə tutulur, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə verilir.

Reportyor.az



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:21