Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Avqustun 18-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 6 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:41