mobil versiya

Gözəllik salonundakı bu prosedur insulta səbəb olur



Rusiyanın məşhur həkimi reabilitoloq Şişonin gözəllik salonlarından sonra insult riski barədə xəbərdar edib.

"Medicina" xəbər verir ki, həkim pasiyentləri arasında salondan sonra insulönü vəziyyətlər yarandığını bildirib.

"Boyun ostexondrozu, boyunda sıxılması, damar problemi, yüksək təzyiqi olanlar gözəllik salonlarından sonra bəzi problemlər yaşayır.

Adətən salonda saçları yuyan zaman xüsusi çanağa başını, boynunu söykəyəndə problem yaranır.

Məlumdur ki, müştərinin başını çanağa boyundan dayayıb, geri əyib, boyunu çanağın kənarına möhkəm sıxaraq, üstəlik isti su ilə baş yuyulur.

Bu vəziyyətdə boyun və şah damarlar çox sıxılır, beyinə oksigen çatmır.Nəticədə kəllə daxili təzyiq artır.

Bu vəziyyət təkcə gözəllik salonlarında olmur, eləcə də stomatoloji kabinetlərdə diş düzəldərkən də yaşanır.

Ona görə baş-boyun, təzyiq problemi olanlar bu kreslolarda boyunun vəziyyətinə baxsın, alternativ yollar axtarsın.


MARAQLI / SAĞLAMLIQ
Tarix: 11-11-2022, 16:35