mobil versiya

Nurmaqomedovun Makqreqora azarkeşlik etdiyi vaxtlar - VİDEO



Rusiyanın yüngül çəkidə UFC-dəki mütləq çempionu Həbib Nurmaqomedov illər öncə irlandiyalı döyüşçü Konor Makqreqora azarkeşlik edib.

BAKU.WS xəbər verir ki, bunu isbat edəcək görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Görüntülərdə Konor Makqreqorun 2015-ci ildə 13 saniyə ərzində rəqibi Jose Aldoya qalib gəlməsi zamanı rusiyalının döyüşü həyəcanlı izləməsi öz əksini tapıb. Həbib əvvəlcə başını tutub, sonra həvəslə gülümsəyib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Nurmaqomedov UFC-nin yüngül çempionunun kəmər uğrunda mübarizədə Makqreqora qalib gəlib.



MARAQLI / KARUSEL / İDMAN
Tarix: 13-01-2020, 16:40