mobil versiya

Fransa Danimarkanın sifariş etdiyi silahları Ukraynaya verəcək



Fransa Danimarkanın sifariş etdiyi “Sezar” özüyeriyən artilleriya qurğularının (AKS) bir hissəsinin çatdırılmasını təxirə salıb.
Məlumata görə, sifariş olnan 15 haubitsadan 6, yaxud da 12-si Ukraynaya tədarük ediləcək.
Müvafiq üçtərəfli danışıqlar Fransa prezidenti Emmanuel Makron, Ukrayna prezidenti Volodimir Zelenskinin və Danimarkanın baş naziri Mette Frederiksenin iştirakı ilə keçirilib.
Danimarka hökumətinin Ukraynanın tələb etdiyi özüyeriyən silahları verməyə razı olduğunu bildirib. Eyni zamanda, Makron Fransa ordusunun ehtiyatlarından Ukraynaya əlavə haubitsalar ötürməkdən qəti şəkildə imtina edib.
Qeyd edək ki, münaqişə başlayandan Paris artıq Kiyevə 18 analoji silah ötürüb ki, bu da Fransanın öz haubitsalarının dörddə birini təşkil edir.
Mənbə: TASS

SİYASƏT / DÜNYA
Tarix: 2-10-2022, 18:50