mobil versiya

Flora Kərimovadan qazilərə jest: hərəsinə 750 AZN hədiyyə etdi




Azərbaycanın Xalq artisti, “Şərəf” ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qazilərinə hədiyyə edib.

Bu haqda sənətçi açıqlamasında bildirib. O, təqaüdünü iki qazimiz arasında böldüyünü deyib:

“Əslində bu haqda danışmaq istəməzdim. Çünki belə bir addım atmaq hər birimizin borcudur. Mən bunu özümə borc bildim və etdim. Təqaüdümün ilk 1500 AZN-ni iki qazimizə hədiyyə etdim. Bunlar qazilərimiz Amin Musayev və Rəvan Əzizovdur”.
SON XƏBƏR / KARUSEL
Tarix: 6-09-2021, 14:54