mobil versiya

Bakının mərkəzində 72 milyon manata hotel satılır - FOTO


Bakının mərkəzində yerləşən dəbdəbəli dördulduzlu hotel satışa çıxarılıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb.
“Qafqaz Baku City Hotel & Recidence” hoteli 72 milyon 750 min manata satılır.
Qeyd edək ki, kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan 2 otaq daxildir.
Qeyd edək ki, “Gilan Holding”ə məxsus olan “Qafqaz” hotellər şəbəkəsinə 12 hotel daxildir və şirkətin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

SON XƏBƏR / KARUSEL
Tarix: 15-06-2022, 11:00