mobil versiya

Deputat Bakının ən prestijli otelində oğluna dəbdəbəli toy etdi - VİDEO



Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə dəbdəbəli toy keçirib.


REPORTYOR.AZ xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, mərasim paytaxtın ən prestijli otellərindən biri "JW Marriott Absheron Baku"-da təşkil olunub. Şəkinin deputatının oğlu Orxan Feyziyev dünən Pınar adlı xanımla ailə həyatı qurub.

Toy mərasimində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Röya Ayxan, Miri Yusif, müğənni Azad Şabanov, digər populyar ifaçılar və sənət adamları iştirak edib.

Xatırladaq ki, cütlüklər bu ilin oktyabrında nişanlanmışdılar. Onların dəbdəbəli nişan mərasimi "Four Seasons Hotel Baku" otelində baş tutub.


 
MANŞET / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 22-12-2019, 17:02