mobil versiya

POS-terminalların istifadəsindən imtina edən obyektlərə bəd xəbər



Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya tətbiq etməkdən imtina edilməsi hallarına görə 2020-ci il yanvarın 1-dən maliyyə sanksiyalarının tətbiq olunacağı nəzərdə tutulub.

Bu barədə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinqdə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

"Bu hala təqvim ili ərzində ilk dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üçüncü dəfə yol verildikdə 6 000 manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, nəzarət-kassa aparatının tətbiq edilməməsinə bərabər tutulan maliyyə sanksiyalarıdır", - deyə S. Musayeva qeyd edib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 3-12-2019, 12:26