mobil versiya

Azərbaycanda dəhşətli hadisə: İki dost birdən faciəli şəkildə öldü



Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri - 1993-cü il təvəllüdlü Xanlarov Samir Telman oğlu və 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏR / HADİSƏ / ÖLKƏ
Tarix: 1-09-2020, 10:05