mobil versiya

AQTA içməli sularla bağlı monitorinq keçirib



Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.

Mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.



Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb. Bu sahədə yoxlamalar davam etdirilir.

Uyğunsuzluq müəyyən edilmiş müəssisələr və su aparatı aşağıdakılardır:

Məhsulun adıİstehsalçıÜnvan
Su istehsalı müəssisələri
1"Pak Su" əmtəə nişanlı suFiziki şəxs Aqşin Quliyev Salam oğluBakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 294B
2"İceberg" əmtəə nişanlı suFiziki şəxs Elman Niftəliyev Elşən oğluBakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsi, ev 245
3“Şeh Su” əmtəə nişanlı su"Şeh Group" MMCBakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıbəyli küçəsi, ev 5
4İçməli suFiziki şəxs Azər Dadaşov Balahəsən oğluBakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1061-ci məhəllə, 6-cı korpus, 1-ci mərtəbə
5"Saf Su" əmtəə nişanlı  suFiziki şəxs Pərviz Ağayev Teymur oğluBakı şəhəri, Binəqədi rayonu, 241A
6"Arı" əmtəə nişanlı suFiziki şəxs Lalə Kərimova Eldar qızıBakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 2-ci döngə, giriş 418-17
7"Duruca" əmtəə nişanlı su"İsaoğulları" MMCBakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə atçılıq, Donuzkökəltmə sovxozu ərazisi
8"Venera" əmtəə nişanlı su"Asenat” MMCBakı şəhəri, Nərimanov rayonu, Ə.Qaibov küçəsi 6
9İçməli suFiziki şəxs Tarifxan Balabəyov Tahir oğluBakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, A.Göyüşov küçəsi
10"İdeal" əmtəə nişanlı suFiziki şəxs Səttər Fərhadov Əli oğluBakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi, ev 42
11“Duru Su” əmtəə nişanlı suFiziki şəxs Şamxal Salmanzadə Nərman oğluBakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87
12İçməli suFiziki şəxs Səməd Əsədov İmanqulu oğluBakı şəhəri, Binəqədi rayonu, Neft prospekti, 3068-ci məhəllə
13"Aqua Flot" əmtəə nişanlı su"Zemz" MMCBakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, C.Hacıəliyev küçəsi 5
14"Suel" əmtəə nişanlı suFiziki şəxs Samir Fətəliyev Həzi oğluBakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 121
15"Mono Su" əmtəə nişanlı su"Buzdağı" MMCBakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1
16"Butasu A" əmtəə nişanlı su"Butasu A" MMCBakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, ev 4K
17"Abşirin" əmtəə nişanlı suFiziki şəxs Sevda Zeynalova Nofel qızıAbşeron rayonu, Novxanı kəndi
18"Ayna Su" əmtəə nişanlı suFiziki şəxs Anar Fətullayev Bahadur oğluAbşeron rayonu, Qobu qəsəbəsi
19"Assu" əmtəə nişanlı suFiziki şəxs Sakit İbrahimov Hüsi oğluAbşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, ev 36
20"Abi Həyat" əmtəə nişanlıFiziki şəxs Bəylər Əzizov Abas oğluSumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi
 
Su aparatı
Məhsulun adıİstehsalçıAparatın yerləşdiyi ünvan
1"Su Az" əmtəə nişanlı su“Su Az” MMCBakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 11b

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:45