Qobuda fəaliyyət göstərən su emalı müəssisəsində uyğunsuzluq tapılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, B.Səfəroğlu küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Ayna Su” MMC-yə məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavanın tamlığının pozulduğu müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 15:39