mobil versiya

Sumqayıtda fəaliyyət göstərən su emalı müəssisəsində uyğunsuzluq aşkarlanıb





Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, D.Bünyadzadə küçəsi 31B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əzizov Bəylər Abas oğluna məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

Reportyor.az






KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 14:17