Hansı universitetlər paralel qeydiyyat təşkil edib və tələbələrdən kağız formada sənədlər tələb edir?

Bu gündən universitetlərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb. Mövcud qaydalara görə qeydiyyat yalnız ETN-nin portal.edu.az platformasında elektron formada aparılmalıdır.
Uzun müddət bu sahədə pərakəndəlik olduğundan ötən il ETN, İRİA və AzTU paralel qeydiyyatdan və kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdilər.
Bu il bu sahədə vəziyyəti öyrənmək üçün kiçik bir monitorinq apardım. Təxminən 40-dək universitetdə tələbə qeydiyyatının hansı formada aparıldığını təhlil etdim.
Aparılan monitorinqlərin nəticəsi göstərdi ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib. Öndə gedən aparıcı universitetlərin böyük əksəriyyəti kağızdan və parallel qeydiyyatdan imtina ediblər.
Hətta regionlarda olan universitetlərin də böyük əksəriyyəti qeydiyyatı yalnız Nazirliyin platformasında elektron formada aparılamsı haqqında elanlar verib.
Bu universitetlərin rektorlarının səlahiyyət verdiyi əməkdaşlar yeni tələbələrlə bağlı bütün datanı Nazirliyin elektron sisteminə daxil olaraq bir anda əldə edə bilirlər.
Amma təəssüf ki, hələ də paralel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlər var.
Aşağıda bu universitetlərin bir xeylisinin siyahısını təqdim edirəm
Marqlıdır ki bu universitetlərin içərisində rəqəmsal vəziyyəti yetərincə inkişaf edən , hətta öndə olanlar da var. Amma nədənsə bu universitetlər də kağız qovluqlarda sənəd toplamağa davam edirlər.
Bir daha xatırladıram ki, hökumət, ETN və İRİA bütün qeydiyyat prosesini tam olaraq rəqəmsallaşdırıb. Tələbələr üçün zəruri olan sənədlər tələb olunan bütün qurumlara inteqrasiyalar təmin edilib.
Bütün bunlardan sonra bəzi universitetlərin paralelçiliyi isə yumşaq desəm hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır.
Ümid edirəm ETN, İRİA da bunların fərqindədir.
Yeri gəlmişkən, bəzi universitetlər yalnız elektron qeydiyyata üstünlük versələr də, yenə də hansısa tələb olunan sənədlərin siyahılarını dərc ediblər.
Əslində bunlar da doğru deyil.
Diqqət !
Dəfələrlə qeyd olunub ki, qeydiyyat üçün portal.edu.az -da öz şəxsi kabinetinə daxil olan tələbə bütün zəruri sənədlərini orada görür və sadəcə onları təsdiq edir. Yəni tələbənin qeydiyyatı normalda 1 dəqiqə çəkir.
Beləliklə, parallel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlərin siyahısını təqdim edirəm :
1. Azərbaycan Dövlət Pedaqoji Universiteti (kağız formada sənədlər tələb edir)
2. Xəzər Universiteti (kağız formada sənədlər tələb edir)
3. Azərbaycan Memarlıq ve İnşaat Universiteti (kağız formada sənədlər tələb edir)
4. Azərbaycan Tibb Universiteti (kağız formada sənədlər tələb edir)
5. Azərbaycan Dillər Universiteti (kağız formada sənədlər tələb edir)
6. Qərbi Kaspi Universiteti (kağız formada sənədlər tələb edir)
7. Azərbaycan Dövlət Aqrar Universiteti (kağız formada sənədlər tələb edir)
8. Azərbaycan Turizm ve Menecment Universiteti (kağız formada sənədlər tələb edir)
9. Dövlət İdarəçilik Akademiyası (kağız formada sənədlər tələb edir)
10. Bakı Biznes Universiteti (kağız formada sənədlər tələb edir)
11. ADA Universiteti (3 pilləli qeydiyyat tələb olunur)
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:50