mobil versiya

Universitetlərə qəbul olanlar üçün qeydiyyata start verilib



Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb.
Abituriyentlər sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Bu gündən həmçinin sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.


KARUSEL / CƏMİYYƏT
Tarix: 28-08-2024, 11:48