mobil versiya

Ermənilər Ağcabədini belə vurdu - Foto



İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin, eləcə də dövlət əmlakına külli miqdarda ziyan vurulub.

REPORTYOR.AZ
Azərtac-a istinadla xəbər verir ki, düşmənin artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Göyük, Hacılar, Minəxorlu, Arazbar, Yuxarı Qiyaməddinli, Poladlı, Biləğan, Sarıcalı, Boyat kəndlərində onlarla ev dağılıb, yaralananlar var. Həmçinin infrastruktura ziyan dəyib, mal-qara tələf olub.







SON XƏBƏR / KARUSEL / GÜNDƏM / HADİSƏ
Tarix: 30-09-2020, 20:32