mobil versiya

Daha bir qorxulu virus: Sürətlə yayılır, hər kəsi öldürür...




Yoluxma sayı 53 milyon 766 mini keçən koronavirus pandemiyası dünyanı diz çöktürməyə davam edərkən, Danimarkadan sonra dörd Avropa ölkəsi və ABŞ-da da görülən "Cluster-5" virusu sürətlə yayılmaqdadır.

REPORTYOR.AZ xəbər verir ki, həkim-infeksionistlər xəbərdarlıq edib ki, dünyanın ikinci bir xaosla mübarizə aparması çox çətin olacaq. Bu tip mutasiyaya uğramış viruslar daha yoluxucu və ölümcül olurlar.

Ötən həftədən "Cluster-5" virusu adlandırılan yeni koronavirusun aşkar olunduğu gəmiricilərin məhvinə başlanılıb.

Bundan əlavə, Danimarkada olan 17 milyon gəmiricinin məhv ediləcəyi açıqlanıb. Həmin heyvanları saxlayan ferma sahiblərinə isə maddi yardım ediləcək.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 16-11-2020, 10:59