Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişinin qonaqlarından biri maraqlı açıqlaması ilə yadda qalıb.

Proqramda iştirak edən kinorejissor Ayaz Salayevin qadın-kişi bərabərliyi haqqında fikirləri diqqət çəkib.

O, kişilərin artıq ailə başçısı olmadığını söyləyib və tələbələri arasında qadınların səviyyə baxımından üstünlüyünü önə çəkib.