İdris Heydərli – İnşa mətni

Sovet məktəbində fikiri inkişafın təməl mətni imla ilə başlar,inşa ilə bitərdi.Hər bir məktəbli ilk əzbəri imla ilə yazar,sonra bu əzbərdən aldığı üsülü inşaya çevirərdi.İnşa sovet insanını inşa edəcək fikir azadlığı üçün ilk mətn sayılardı.Bu mətnlə sovet gənci pioner,komsomolçu və partiyaçı olmanın əzbərini öyrənərdi və bir daha bu mətni dəyişməmək düşüncəsini mənimsəyərdi.İnşa məlumat xarakterli məzmun daşıdığından kimsə verilən məlumatın əzbərinin pozulmasını istəməzdi,Yazı fikrin şəkli deyil,qoyulan əzbərin şəklini çəkərdi.Və hər kəs düşündüyünün deyil,danışılan Nağlın parşası kimi yazı yazardı.
Bu gün Dövlətin ideoloji yükünü daşıyan şəxsinin mətnini oxuduğumda İnşası dəyişməyən bir düşüncə gördüm.Bu mətn üslüb və yanaşma olaraq dünəndir,dünən üçün yazılmış nağılıdr.
Dövlət ağıl yazar,nağıl yox,cənablar.Bu nağıla xüsüsi termin düşünüb,dirnağ arası şəkil verib,düşünün deyə müraciət edirdisinisə düşündürücü bir İnşa yazacak ağılın məharətindən istifadə edin.Dövlətin imkanlarınını mənfətləriniz üçün istifadə edəndə bir azda bu mənfətləri qoruyacaq Ağılı inşa etməli idiniz.İndi həyat tərzini dəyişmək istənlərlərin qarşısına çıxıb sizin ağıl qoyanlarınızı tanıyırıq deyirsinizsə,bəs sizin ağıl qoyduğlarınız hardadır ki,dırnaq arası yazdığınız şəxslərlə onlar ağıl mücadiləsi apara bilmirlər?
Məncə sizin sovet üsülu ilə yazılan inşalarınız artıq oxunmur.
Artıq məktəblərdə esse yazılır.
Nağıl bitir demək,hekayə dönəmidir.
Hekayələrinizi paylaşın cənab Əli Həsənov,
Nağıl dövrü bitir.