“Mançester Siti” “Çelsi”ni darmadağın etdi – VİDEO

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Reportyor.az  xəbər verir ki, “Mançester Siti” evdə “Çelsi”yə 6:0 hesabı ilə qalib gəlib.

Premyer Liqada turnir cədvəlinə bir oyun çox keçirən “Mançester Siti” başçılıq edir (65 xal). “Liverpul” 65 xalla 2-ci, “Tottenhem” 60 xalla 3-cü, “Mançester Yunayted” 51 xalla 4-cüdür. “Arsenal”la “Çelsi” 50 xalla 5-6-cı yerləri bölüşürlər.

Qeyd edək ki, ötən mövsüm Çempionlar liqasında “Çelsi” “Qarabağ”ı 6:0 hesabı ilə məğlub etmişdi.

“Mançester Siti” – “Çelsi” – 6:0

Qollar: Rahim Sterlinq, 13, 80, Serxio Aquero, 13, 19, 56 (pen.), İlkay Gündoğan, 25

Shares