mobil versiya

Bakıda gənc qızı avtomobil vurub



Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Kərimova Şəfa Əziz qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
KARUSEL / GÜNDƏM
Tarix: 7-03-2022, 10:15