mobil versiya

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 13 milyon dollardan çox olub



Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 13,2 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 ölkə və 5 faiz azdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayında bildirilir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,5 milyon dollar ilə Birləşmiş Krallıq, 2,6 milyon dollar ilə Lüksemburq, 717,6 min dollar ilə İsveç, 635,8 min dollar ilə Nigeriya, 614,3 min dollar ilə Türkiyə qərarlaşıb. (azırtac)


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:50